1. Tərlan, şahin.
2. Məcazi mənada: igid, qoçaq adam haqqında.
3. Məcazi mənada: məğrur gözələ, gözəlin məğrur gözlərinə, baxışlarına işarə.
Yetirsəm özümü şahin, şahbazə,
Günü-gündən ömrüm olur tər, tazə.
Gözəllər dəstəylə çıxar pişvazə,
İzin versən qayıtmaram bu yoldan.
(“Bəhram-Gülxəndan”)
*
On üç ildi bərri-bəhri seyr etdim,
Şahbazımdan xəbər verən olmadı.
Şan-şövkəti, ləşkəri mən tərk etdim,
Bir yanıma gəlib görən olmadı.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin.
(“Şah İsmayıl”)